Baxmut şəhərindən geri çəkilən “Vaqner"lərlə Ukrayna Müdafiə Qüvvələri arasında toqquşma olub. Nəticədə 80 "Vaqner" muzdlusu həlak olub, 119-u yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatı  yerli KİV-ə danışıb.  

"Son bir neçə gündə döyüşlərin əhəmiyyətli dərəcədə azaldığını müşahidə etdik. Rusiya “Vaqner” qrupunu geri çəkir. Onu hava-desant və motoatıcı birləşmələrlə əvəz edərək rotasiya tədbirlərini davam etdirir. Məhz bu geri çəkilmə onların yerinə gələnlərə depressiv təsir göstərir. Çünki onlar artıq çoxlu döyüşlərdə iştirak ediblər və yorulublar. Nəticədə gün ərzində 80 işğalçı məhv edilib, 119-u yaralanıb, bir BMP, PUA, zenit silahı, 2 avtomobil və 5 sursat anbarı da sıradan çıxarılıb", - Çerevatı bildirib.

Gülayə Mecid