İtaliyada batan turist gəmisində həyatını itirənlərin İtaliya və İsrail kəşfiyyatının agentləri olduğu açıqlanıb.

"Unikal" xəbər verir ki, İtaliyanın şimalındakı Maggiore gölündə turistləri daşıyan gəminin batması nəticəsində 4 nəfər ölüb. Məlumata görə, kəşfiyyat işçiləri şənlik üçün gəmiyə toplaşıblar. 25 nəfərin olduğu gəmi qəflətən fırtınaya düşüb və tezliklə batıb. 

Səlahiyyətlilər ölənlərdən üçünün italyan, birinin isə İsrail agenti olduğunu bildiriblər. Sağ qalanların sahilə üzərək xilas olduqları qeyd olunub. 

Bununla yanaşı, İtaliya mətbuatı qəzadan sağ çıxan 10 İsrail agentinin hərbi təyyarə ilə ölkələrinə qayıtdığını bildirib.