Rusiyaya aid olduğu deyilən casus balina Norveçdən sonra İsveç sahillərində görüntülənib.

"Unikal" xəbər verir ki, "OneWhale" təşkilatından verilən açıqlamaya görə,  "Rus casusu" kimi tanınan "Hvaldimir" adlı balina İsveç sularında görünüb.  

İsveç səlahiyyətlilərinin balinanın qayğısına qalmaq üçün hərəkətə keçdiyi bildirilib.  

Kameranın kəmərlə bağlandığı "Hvaldimir" ilk dəfə 2019-cu ildə Norveç sahillərində görünəndən sonra bütün dünyada böyük marağa səbəb olub. Mütəxəssislər casus balinanın Rusiyaya aid olduğunu düşündüklərini və rus donanması tərəfindən təlim keçdiyini açıqlayıblar.