Hollivud ulduzu Coni Deppin konsertləri ləğv olunub.
"Unikal" xəbər verir ki, buna səbəb aktyorun ayaq biləyini burxması olub.

Bəlli olub ki, Coninin ayağı Kann festivalında rol aldığı "Janna Du Barri" ("Jeanne du Barry") filminin premyerası zamanı da zədəli olub. Bu səbəbdən onun “The Hollywood Vampires” konsert turu ləğv edilib.