Dövlət Gömrük Komitəsində daha 2 rəhbər şəxs təqaüdə çıxıb.

"Unikal" xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, general-mayor Güloğlan Muradlı və Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, polkovnik Rauf Rzayev təqaüdə göndərilib.

Qeyd edək ki, Güloğlan Muradlı AXCP sədri Əli Kərimli ilə tələbə yoldaşı olub. Belə ki, G.Muradlı 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinin hüquqşünaslıq ixtisasını bitirib.