Məhkumda əl qumbarası aşkarlanıb.

"Unikal" xəbər verir ki, Penitensiar Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə keçirdiyi əməliyyat axtarış tədbiri nəticəsində hazırda Müalicə müəssisəsində saxlanılan məhkum Şərifov Etiram Bəxtiyar oğlunun azadlıqda olarkən əldə etdiyi bir ədəd “F-1” markalı əl qumbarası Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
Əl qumbarası zərərsizləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarına təhvil verilib.