Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. "Mercedes" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Nurlan Fəqan oğlu və 1998-ci il təvəllüdlü Əliyev İlham Səməd oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdlrma aparılır.
Şahnəzər Bəşirov