Roskosmos Rusiya missiyasının Aya buraxılmasını təxirə salıb. Yaxın tarixdə ilk eniş iyulun 13-dən avqusta təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti Telegram-da məlumat yayıb.

“Missiyanı həyata keçirmək üçün korreksiyaların aparılması və səthə enmə mərhələlərində yerüstü idarəetmə vasitələrinin stabil işləməsini təmin edəcək əlavə tədbirlər həyata keçirmək lazımdır. “Luna-25”in 2023-cü ilin avqustunda buraxılması məqsədəuyğun hesab edilib”, - Roskosmos-un bəyanatında deyilir.

İlkin olaraq Luna-25-in buraxılışının 2022-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.