Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adına xeyriyyə fondu yaradılır. 

"Unikal" xəbər verir ki, fondun yaradılmasında Ərdoğanın 3 ailə üzvü - Bilal Ərdoğan, Esra Albayrak, Sümeyye Ərdoğan Bayraktar və digər beş nəfər təşəbbüs göstərib. 

Bununla bağlı elan "Resmi Gazete"nin bugünkü sayında dərc olunub. Fondun aktivləri 120.000 TL olaraq təyin edilib.

Bundan əlavə, İstanbulda "Rəcəb Tayyib Ərdoğan Muzeyi"nin yaradılması planlaşdırılır. Burada ona aid əşyalar və vəzifəsi əsnasında Ərdoğana verilən hədiyyələr sərgilənəcək. 

"Rəcəb Tayyib Ərdoğan Kitabxanası"nın da qurulması hədəflənir. 

Ağarza Elçinoğlu