Türkmənistanda 5,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri təxminən 87,8 min nəfər əhalisi olan Balkanabad şəhərindən 55 km şimal-şərqdə, yerin 2 km dərinliyində yerləşib.