Türkiyədə yayımlanan “Ben bu cihana sığmazam” serialında Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhv aradan qaldırılıb.

"Unikal" xəbər verir ki, ekran işinin son - 33-cü bölümündə xəritəmizdə Naxçıvan Muxtar Respublikası da əks olunub.

Xatırladaq ki, serialın 32-ci bölümündə efirə gedən səhnələrdə sözügedən xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməmişdi.