"Ermənistanda demokratiyanın olmaması və ya demokratiyaya münasibət bizim hamımızı Qarabağ məsələsi ilə bağlı bütün həqiqətləri bilməkdən çəkindirən vasitə olub". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 31-də İrəvanda keçirilən Demokratiya Forumu zamanı bildirib. 

O, bunu vacib detal adlandırıb: "Qarabağ problemindən ekspert səviyyəsində yalnız bir neçə nəfərin xəbərdar olması modeli buna əyani sübutdur. Qarşılaşdığımız ən böyük problem məhz budur. Ona görə də indi biz demokratik şəraitdə Qarabağ məsələsi ilə bağlı yeni məlumatlar öyrənirik, yeni kontekstlər qaldırırıq.

Etiraf edirəm ki, bu gün vətəndaş cəmiyyətinin siyasətin hazırlanmasında lazımi şəkildə iştirak etməsi bizim sistemli problemlərimizdən biridir.

Ağarza Elçinoğlu