“Təhsil haqqında” qanuna ixtisas təcrübəsi anlayışı gətirilməlidir. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, müəllim işləmək istəyənlərin sayı çox olsa da, vakant yerlərin sayı azdır: “Hər il eyni vəziyyət müşahidə olunur. Adətən şəhərdə yerləşən məktəblərdə vakant yerlərin sayı az olur. Regionlarda isə vəziyyət əksinədir. Müəllimlərlə mövcud olan vakansiyalar arasında o qədər fərq olmasa da, şəhərdə müəllim işləmək istəyənlər daha çoxdur. İnanırıq ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanları vasitəsilə yaxın 5 ildə bu nisbət aradan qaldırılacaq”.

Anar Kəlbiyev