Xəbər verdiyimiz kimi, model, teleaparıcı, influser Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülüb.

"Unikal" xəbər verir ki, Z.Hüseynzadə tanınan iş adamılarından biri olub. Bu günə qədər iqtisadi sahədə müxtəlif yüksək vəzifələrdə çalışıb.

Bloger Aysel Şükürlü hadisə ilə bağlı yeni faktlar açıqlayıb: “Oğlanın 2 uşağı var, əkizdir deyəsən. İndi səhifəsini gizli edib qorxusundan. Polislər bunu axtarır, o isə gizlənib. Gül kimi yoldaşın da var. Sifətini görmədim, amma normal insana oxşayır. “Kukla” kimi uşaqları da var. Öz uşaqlarını atmısan, gedib başqa qıza maşın alırsan. Yaxşı kişisənsə, get öz yoldaşına, uşaqlarına al da...”.

Z.Hüseynzadə haqqında yazılanara reaksiya verib. Bildirib ki, onun barəsində deyilənləri böhtandan ibarətdir: "Haqqımda qoyulanların hamsı adıma və ailəmə ləkə salmaq və zorla pulun tələb etməsi üçün şər və böhtan qara yaxma kampaniyası olub, sübutlarım mövcuddur və istintaqa təqdim olunacaqdır. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir. Əlavə olaraq, qeyd edim ki, qarşıma uzaqdan iddia edən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə videolar bundan öncə internetdə əksini tapmışdır, bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan Respublikasının polisinin ədalətliyinə əminəm!" deyə qeyd edib.

Ziya Hüseynzadənin bugünə kimi çalışdığı orqanları təqdim edirik: