"Bakıda ağcaqanad əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var. Sovet dövründə sanitariya işləri aparılırdı, evləri, bağları dezinfeksiya edirdilər. İndi nəinki rayonlarda, heç Bakıda bunu etmirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. 

"Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu əhalinin sağlamlığına ciddi ziyandır. Yenidən malyariya yarada bilər. Bunu kökü sovet dövründə kəsilib. Sanitariya-epidemioloji xidmətə diqqət etmək lazımdır", - deyə deputat bildirib.

O qeyd edib ki, hər yer sahibsiz küçə itləri ilə doludur: “İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”

T.Kərimli əlavə edib ki, ilanlar da insanlara narahatlıq yaradır: "Zəhərli ilanlar baş alıb gedir, insanları qorxudur".

Anar Kəlbiyev