"Uşaqlar arasında ən çox rast psixoloji problemlərə həm anadangəlmə, həm də qazanılan psixi pozuntular daxildir".

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova bildirib. Onun sözlərinə görə, ən çox yayılan psixoloji pozuntular əqli gerilik, autizm, hiperaktivlik və diqqət əskikliyi:

“Ancaq qazanılmış psixoloji pozuntulara da diqqət yetirmək lazımdır. Məsələn, belə fikir var ki, depressiya uşaqlar arasında daha geniş yayılıb. Ancaq depressiyadan uşaqlar da kifayət qədər əziyyət çəkir. Valideynlərin nəzərindən bu qaçır, deyirlər ki, uşaq özünə qapanıqdı, emosiyalarını göstərməyini sevmir, sakit uşaqdır və s. Uşaqlarda depressiya daha sürətlə yaranır”.