Berlin administrasiyası Rusiyadan ilin sonuna qədər Almaniyadakı 4 baş konsulluğunun bağlanmasını istəyib.

"Unikal" xəbər verir ki, bu barədə "cnnturk.com" məlumat yayıb. 

Rusiya hökumətinin bu qərarına cavab verildiyini qeyd edən Burger, Almaniyadakı 5 Rusiya konsulluğundan 4-nün fəaliyyət lisenziyasının geri alınmasına qərar verildiyini, Rusiyadan ilin sonuna qədər bu konsulluqlardakı fəaliyyətini dayandırmasının istəndiyini bildirib. Burger vurğulayıb ki, Rusiya Berlin səfirliyi və Baş Konsulluğu ilə xidmətini davam etdirə bilər.

Sözügedən qərarla iki ölkə arasında “kadr bərabərliyi”nin əldə edilməsinin hədəfləndiyini qeyd edən Burger, “Bizi bu vəziyyətə gətirən Rusiya tərəfinin münasibətidir” deyib.

Qərara əsasən, Rusiyanın Berlindəki səfirliyindən yalnız biri və Bonn, Frankfurt, Hamburq, Leypsiq və Münhendəki 5 baş konsulluq fəaliyyətini davam etdirə biləcək.