"Tərtər işi" üzrə 2018-ci ilin yanvarında həbs edilən daha bir hərbçiyə bəraət verilib 

"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov məlumat yayıb.

O bildirib ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş hərbi qulluqçu, Masallı rayonu, Xallıcallı kəndi sakini Şükürov Sədayıl Mikayıl oğlu azadlığa buraxılıb.