Gəncədə zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Hərəkətə olan iki "Chevrolet" və  "KİA" markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov