Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb.

"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.