Rusiya son sutkada Ukraynadakı müharibədə 460 hərbçisini itirib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb. 

Məlumata görə, bununla da müharibə başlanandan bəri rusların Ukraynadakı ümumi canlı itkiləri 208 370 nəfərə çatıb. 

Bildirilib ki, Rusiyanın müharibədə 3804 tankı, 7478 zirehli döyüş maşını, 333 ədəd hava hücumundan müdafiə vasitələri, 313 təyyarə, 298 ədəd helikopter, 18 gəmi, 1107 qanadlı raket və s. hərbi vasitələri məhv edilib. 

Ağarza Elçinoğlu