"Bu gün çox mühüm görüş olacaq, mən Ermənistan və Azərbaycan liderləri ilə görüşəcəyəm". 

"Unikal" xəbər verir ki, bunu Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimində Aİ Şurasının sədri Şarl Mişel jurnalistlərə açıqlamasında deyib.

"Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüşdə biz iki ölkə arasında münasibətlərin tənzimlənməsinə dair ümumi iradəni təsdiq edəcəyik", - deyə Mişel qeyd edib. 

Ağarza Elçinoğlu