Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir həyata keçirib. 

"Unikal" xəbər verir ki, “Əylənərək öyrənək!” adlı tədbir şirkət əməkdaşlarının övladlarının iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanasında baş tutub. Tədbir “Veysəloğlu Distribusiya” şirkətinin təşkilatçılığı və distribusiyasını həyata keçirdiyi “The LEGO Group”, “Ozmo”, “Haribo”, “ETİ”, “Chupa Chups”, “Vita1000”, “Yippy” və “Любятово” markalarının dəstəyi ilə ərsəyə gəlib.

“The LEGO Group”, “Ozmo” və “Haribo” markaları uşaqların və valideynlərin böyük maraqla qarşıladığı xüsusi əyləncəli yarışlar təşkil edib. Bundan əlavə, “Əylənərək öyrənək!” devizi altında təşkil olunan tədbirdə uşaqlar üçün təbiət elmləri ilə bağlı maarifləndirici və əyləncəli şou təqdim olunub. Tədbirdə iştirak edən bütün uşaqlar “The LEGO Group”, “Ozmo”, “Haribo”, “ETİ”, “Chupa Chups”, “Vita1000”, “Yippy” və “Любятово” markalarından hədiyyələr qazanıblar. Tədbirin sonunda isə uşaqlar və valideynlər Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olublar.

“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3500-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.