Braziliyanın Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Fernando Kollor de Mellanı korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə 8 il 10 ay həbs cəzasına məhkum edib.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Braziliya prokurorları daha əvvəl 73 yaşlı Kolloru dövlət neft şirkəti "Petrobras"ın törəmə müəssisəsindən təxminən 6 milyon dollar rüşvət almaqda ittiham etmişdilər.

Qeyd edək ki, Kollor 1989-cu ildə Braziliyanın demokratik yolla seçilmiş ilk prezidenti olub. Lakin o, Konqresin aşağı palatası tərəfindən impiçment elan edildikdən üç il sonra istefa verib. 

Gülayə Mecid