"Kurtlar vadisi" serialında "Laz Ziya" qızı "Meral"a həyat verən aktrisa Müge Ulusoy illər sonra ekranlara geri qayıdır.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Kapı" serialında baş rolu canlandıracaq. O, layihədə "Sevgi" obrazına həyat verəcək.

Qeyd edək ki, serial "TRT"nin dijital platformu "Tabii"də yayımlanacaq.