ABŞ prezidenti Co Bayden Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarını təbrik edərkən səhnəyə yıxılıb.

"Unikal" xəbər verir ki, hərbçilər dövlət başçısının köməyinə gəliblər. Bayden ayağa qalxarkən səhnədəki qum torbasını göstərərək büdrəməsinə səbəb olduğunu deyib.