2017-ci ildə “Ton-M” qəzetinin baş redaktoru Dmitri Popkovun qətlini sifariş verən Minusinsk Rayon Şurasının deputatı İsa Xaşıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

"Unikal" Lente.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Krasnoyarsk vilayət məhkəməsi məlumat yayıb. 

Bildirilir ki, cinayəti törədən Viktor Şestakov 14 il müddətinə azadlıqdan məhrum edilib. Eks-deputat və  qətli törədən şəxs cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər.

Gülayə Mecid