Ukrayna Gürcüstanla Rusiya arasında birbaşa uçuşlara başlayan “Georgian Airways” aviaşirkətinə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsini təklif edib.

"Unikal" xəbər verir ki, bu barəd  ölkənin “News Georgia” portalı məlumat yayıb 

Bildirilir ki, Ukraynanın “Müharibə və Sanksiyalar” - Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi aviaşirkətdən başqa sanksiya tətbiq edilməsi riski altında olan hüquqi şəxslərin siyahısına “Aero Handling Georgia” şirkəti də daxil edilib. Bu şirkət isə Tbilisi və Moskva arasında uçuşların bərpa edilməsindən 1 ay əvvəl Rusiya aviaşirkətlərinə xidmət üçün yaradılıb.