Əks-hücum Kiyev üçün “qan gölünə” çevriləcək, ona görə də başlamazdan əvvəl onu dayandırmaq lazımdır.

"Unikal" xəbər verir  ki,  bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosuna danışıb.  

Orban qeyd edib ki, o, özü də orduda xidmət edib və hücum edən tərəfin müdafiə edən tərəfdən üç dəfə çox itki verir.  

"Rusiyada əhalinin sayı 130-140 milyon nəfərdir, Ukraynada isə 30-40 milyon arasındadır ...Belə bir şəraitdə böyük strategiyaya başlamaq çətindir", - baş nazir bildirib.

Gülayə Mecid