"Hazırda prokurorluq orqanlarında 470 qadın əməkdaş fəaliyyət göstərir".

"Unikal" xəbər verir ki, bunu Baş prokurorunun müavini Heydər Məmmədov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, həmin əməkdaşların 99-u prokurorluğun əməliyyat işçiləridir: "Onlardan 207-si dövlət qulluqçusu, 127-si müqavilə əsasında və 37-si hərbi qulluqçu qismində fəaliyyət göstərirlər. Ümumilikdə 10 nəfər qadın rəhbər vəzifədə işləyirlər. Həmin xanımlar prokurorluqda gender bərabərliyinin təmin edilməsində öz səylərini əsirgəmir".