"Büdcəni müzakirə edəndə ən qabarıq məsələlərdən biri də büdcənin proqnozlaşdırılması məsələsidir. Büdcə proqnozları dəqiq yerinə yetirilmir. O baxımdan ki, proqnozlar düzgün deyil".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, dörd aydan sonra büdcəyə yenidən baxırıqsa, proqnozlaşma məsələsinə başqa yanaşmanın faktorları olmalıdır. Bu məsələyə diqqəti artırmaq lazımdır.

V.Əhmədov əlavə edib ki, iş yerlərinin açılmasında ciddi problemlər var. O, bölgələrdə yeni iş yerlərinin açılmasını təklif edib.

Anar Kəlbiyev