"Dövlət sektorunda optimallaşma daim olaraq aparılmalıdır. Bu gün də aparılır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, həmin şəxslərin işsiz qalması isə nəticələnməli deyil:

"O şəxslər üçün fərdi məşğulluq proqrmaları həyata keçirilməlidir. Eyni zamanda dövlət sektorunu limitsiz artıraraq böyük bir yükü növbəti dövrlərə daşımağımız onunla nəticələnəcək ki, dövlət sektorunda verdiyimiz layiqli əmək haqqı getdikcə çətinləşəcək".

S.Babayev qeyd edib ki, bu il 20 min işsiz şəxsin peşə hazırlığına cəlb edilməsi proqnozlaşdırılıb:

"Bunun üçün işlər görülür. Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Bizim əsas hədəflərimizdən biri də ixtisaslı şəxslərin tez bir zamanda işlə təmin edilməsi, bundan başqa fərdi məşğulluq proqramlarına cəlb olunmasıdır. Amma qeyd edim ki, nazirliyin potensialı buna kifayət etmir. Bu səbəbdən də özəl tərəfdaşlarla əməkdaşlıq edilir. Belə olan zaman da daha ciddi addımlar atıla bilər”.

Anar Kəlbiyev