Azərbaycanda 1,5 il ərzində internat məzunu olan şəxslərə verilən mənzillərin sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir 500-dən artıq internat məzunu olan şəxsə son il yarım ərzində mənzil verildiyini diqqətə çatdırıb:

“İllik tələbata uyğun olaraq onlara mənzillər verilməyə davam edəcək. Prezidentin tapşırığı ilə onlar üçün evlər tikilib. Əvvəldən yığılıb qalmış belə şəxslər var. Bu say artıq azaldılıb”.