Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağlıdır.

"Unikal"ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar satınalmaları həyata keçirərək onlara göstəriləcək xidmət üzrə avans ödənişləri alırlar. “Bu avans ödənişləri müqavilənin icrası zamanı geri alınır. Debitor borcların əksəriyyəti avans ödənişləri ilə bağldır. Bu baxımdan debitor borcların tam aradan qaldırılması qeyri-mümkündür”, - deyə nazir əlavə edib.