Üst-üstə tətbiq olunmuş iki qadağadan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi ilə bağlı qərar qəbul olunub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin Türkiyə hava məkanına daxil olmasına icazə verilib.

Qeyd edək ki, aprelin 25-də İrəvanda "Nemesis" abidəsinin açılışından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə səması ilə üçüncü ölkələrə uçan Ermənistan təyyarələrinin onların hava məkanına daxil olmasına qadağa qoyulduğunu açıqlamışdı.

Qadağa Ermənistan siyasətçiləri və diplomatlarını daşıyan təyyarələrə, xüsusən də Baş nazirə, Prezidentə və digər yüksək rütbəli məmurlara xidmət edən hökumət təyyarələrinə şamil edilir. 

Ağarza Elçinoğlu