Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin cari tarixədək statistik göstəriciləri açıqlanıb.

Bu barədə "Unikal"a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu vaxta qədər müsabiqədən keçmiş 128 namizəd test imtahanı və müsahibə nəticələrinə uyğun olaraq faktiki yaşayış yeri üzrə yerlərə yerləşdirilib.