Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Estoniya prezidenti Alar Karis ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı “Facebook” səhifəsində məlumat yayıb.

"Estoniya prezidenti Alar Karisi Kiyevdə salamlayıram. Yardımın məbləğinin ölkənin ÜDM-ə nisbətinə nəzər salsanız, Estoniya müdafiəmizə ən sürətli və ən böyük yardım edənlər sırasındadır. Bütün dəstəyiniz üçün təşəkkür edirik!" – Zelenski yazıb.