"Moskva İrəvanın Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi olmadığına dair mövqeyini nəzərə alır".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Biz bunu nəzərə alırıq, bu, vacib bəyanatdır. Biz bilirik ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var, biz onları nəzərə alırıq, bilirik", - deyə Peskov Rusiya tərəfinin Ermənistanla müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi olmadıqlarını bildirib. 

Ağarza Elçinoğlu