Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, vitse-prezident Mehriban Əliyeva Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın prezident kimi fəaliyyətə başlama mərasimdə iştirak ediblər.

"Unikal" xəbər verir ki, andiçmə mərasimində Ərdoğanın İlham Əliyev və Mehriban Əliyeva ilə salamlaşması anı Prezident Külliyəsinin zalında böyük coşqu ilə qarşılanıb. 

Daha sonra Türkiyə lideri mərasimə qatılan Azərbaycan Prezidentinə təşəkkür edib: "Dəyərli qardaşım, Azərbaycan Prezidentinə “Xoş gəldin!” deyir, təşrif buyurduğu üçün təşəkkür edirəm".

Ağarza Elçinoğlu