AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersenin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat yayıb. 

Səfər zamanı həmməruzəçilər Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.