SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon"u Xaçmazda qurulacaq.

"Unikal" xəbər verir ki, 6 iyun saat 11:00-dan 12:00-dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunun Qımılqışlaq kəndində baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.