Türkiyənin keçmiş daxili işlər naziri Səlahəddin Çetiner vəfat edib.

"Unikal" xəbər verir ki, o, 101 yaşında dünyasını dəyişib.

General-leytenant Çetiner 12 sentyabr 1980-ci ildə baş verən hərbi çevrilişdən sonra qurulan hökumətdə daxili işlər naziri vəzifəsini icra edib.

Sabiq nazirin orqan çatışmazlığından vəfat etdiyi bildirilir.