Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.