Türkiyə ticarət gəmilərinin Qara dənizin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq. 

"Unikal" Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərar iyulun 1-dən tətbiq olunmağa başlayacaq. 

Bildirilib ki, Montrö Boğazları haqqında Konvensiyaya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumlar 4,42 ABŞ dolları artıb.

"2023-cü il iyulun 1-dən etibarən ticarət gəmisinin xalis tonajı üçün 8,3% təşkil edəcək", - Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsinin qərarında qeyd olunub. 

Türkiyənin boğazları keçməkdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon dollara çatacaq.

Ağarza Elçinoğlu