İspaniya 1-ci Futbol Liqasında 2022-2023 mövsümünün son həftəsində "Real Madrid" və "Atletik Bilbao" qarşılaşıb. 

"Unikal" xəbər verir ki, tanınmış fransız futbolçu Kərim Benzema "Real Madrid"də son oyununu keçirib. 

1-1 hesabı ilə yekunlaşan oyunda "real"ın yeganə qolunu vuran Benzema 14 mövsüm oynadığı komanda ilə vidalaşıb. 

O, Santiaqo Bernabeu stadionunda "Real Madrid" azarkeşləri tərəfindən alqışlarla yola salınıb. Futbolçunu komanda yoldaşları və məşqçi Karlo Ançelotti təbrik edib.

Ağarza Elçinoğlu