Gəncə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Toyota Prius" markalı avtomobil işıqforun yaşıl işığında yolu qarşı tərəfə keçmək istəyən piyada 2004-cü il təvəllüdlü Firuzə Rzayevanı vurub. Hadisə zamanı xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov