Ukrayna müdafiəçiləri rus qoşunlarına qarşı əks-hücum əməliyyatı keçirmək üçün çox yaxşı hazırlaşıblar.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli CNN telekanalına müsahibəsində bildirib.

“Nəticənin (əks-hücumun - red.) necə olacağını söyləmək hələ tezdir, amma inanıram ki, ukraynalılar çox yaxşı hazırlaşıblar. Artıq məlum olduğu kimi, ABŞ və həm Avropada, həm də dünyada digər müttəfiq ölkələr artıq Ukraynaya lazımi təlim, silah, məsləhət və kəşfiyyat məlumatları veriblər. Biz onları dəstəkləyirik”, - deyə o bildirib.