Türkiyənin Qaradəniz bölgəsində sel nəticəsində 2 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya Qara dənizdə baş verən sel fəlakəti ilə bağlı açıqlama verib.

"Bu gün 5 rayonumuzda təhsil dayandırıldı. Xüsusilə Samsuna gəldim. Yenə güclü yağışla bağlı narıncı xəbərdarlıq edilib. Sinopla bağlı Ayancık mahalının Ayancık yolunda daşqın meydana gəldi. Kənddə qalan 8 vətəndaşımız təhlükəsiz yerə aparıldı. Su altında qalan nəqliyyat vasitəsində qalan 3 vətəndaşımızdan biri xilas edilib. Digər vətəndaşın cəsədi tapılıb. Bir nəfərin axtarışı isə dava edir"