Ağdamda intihar baş verib. 

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndində qeydə alınıb. 

Kənd sakini, 30 yaşlı İlkanə Abuzərova yaşadığı evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri tapıblar. 

İntiharın səbəbləri məlum deyil.