Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının mənfi 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.